Psixologiya
İstidə niyə əsəbiləşirik? -
Psixologiya
17

İstidə niyə əsəbiləşirik? - psixiatr izah etdi

Psixiatr Eduard Xolodov isti havalarda insanların niyə daha tez əsəbiləşdiyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, fiziоloji baxımdan yüksək temperatur bədəni susuzlaşdırır, mineral balansını pozur, yuxu keyfiyyətini və termorequlyasiyanı zəiflədir. Oksigen və sudan məhrum olan beyin "resursların qorunması" rejiminə keçir, bu isə özünənəzarəti və empatiyanı azaldır. Belə bir vəziyyətdə adi bir xırda qıcıqlandırıcı, növbə və ya yüksək səs təhdid kimi qəbul edilir və ibtidai reaksiya ilə cavablanır: aqressiya və ya qəzəb partlayışı.

Bundan əlavə, istilik narahatlığı artırır və adaptiv ehtiyatları tükəndirir. Adətən sakit olan bir insan 35 dərəcə istidə həm yaxınlarına, həm də tanımadığı insanlara qarşı səbirsizlik göstərə bilər.

Mütəxəssis özünə kömək etmənin olduqca sadə olduğunu vurğulayır. Mütəmadi olaraq, az-az su içmək lazımdır, çünki susuzlaşma aqressivliyi birbaşa artırır. Fiziki və sosial stressi azaltmaq, ən isti saatlarda mürəkkəb danışıqlar planlaşdırmaqdan çəkinmək tövsiyə olunur. Sərin duş və ya ventilyator belə kortizol səviyyəsini aşağı sala bilər. Həkim həmçinin qıcıqlanmaq hissini qəbul etməyi, lakin impulsiv davranışdan çəkinməyi məsləhət görür, beş dəqiqəlik sükut fasiləsi hər hansı qarşıdurmadan daha faydalıdır.

Aqressiya nəzarətdən çıxarsa və ya yuxusuzluqla birgə müşahidə edilərsə, mütəxəssisə müraciət etmək lazımdır. İsti hava keçər, lakin pozulmuş münasibətləri bərpa etmək daha çətin olar.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun