Sağlamlıq
İsti havada yorğansız yatmaq sağlamlıq üçün risk yarada bilər –
Sağlamlıq
158

İsti havada yorğansız yatmaq sağlamlıq üçün risk yarada bilər – həkimdən xəbərdarlıq

İsti yay gecələrində bir çox insan yorğandan istifadə etmir.

E-saglam.az xəbər verir ki, terapevt Mariya Lavruxinanın sözlərinə görə, bu vərdiş həm yuxu keyfiyyətinə, həm də sağlamlığa mənfi təsir göstərə bilər.

Həkim bildirir ki, insanın üzərinin örtülü olması beyin üçün təhlükəsizlik siqnalı rolunu oynayır. Bu hiss sinir sistemini sakitləşdirir, stressi azaldır və daha rahat yuxuya getməyə kömək edir. Buna görə də yorğandan tamamilə imtina etmək bəzi insanlarda yuxuya getməyi çətinləşdirə bilər.

Lavruxina qeyd edir ki, yorğan yalnız rahatlıq yaratmır, həm də gigiyenik funksiyanı yerinə yetirir. O, təri udaraq dəridə bakteriyaların çoxalmasının qarşısını qismən alır, həmçinin ağcaqanad və digər həşəratlara qarşı əlavə qoruyucu rol oynayır.

Bununla belə, yay aylarında düzgün yorğan seçimi vacibdir. Həkim pambıq, bambuk və ya kətan kimi nəfəsalan təbii parçalardan hazırlanan yüngül yorğanlardan istifadə etməyi tövsiyə edir. Qalın qış yorğanları isə bədənin həddindən artıq isinməsinə, susuzlaşmaya və dəri qıcıqlanmasına səbəb ola bilər.

Mütəxəssis rahat yuxu üçün yataq otağında temperaturun 20–21°C səviyyəsində saxlanılmasını, gün ərzində kifayət qədər maye qəbul edilməsini və yatmazdan əvvəl intensiv fiziki fəaliyyətdən çəkinməyi məsləhət görür. Əgər yüngül yorğan belə narahatlıq yaradırsa, sadəcə nazik pambıq çarşafdan istifadə etmək daha uyğun seçim hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun