Faydalı
İstənilən mövsümdə faydalı olan
Faydalı

İstənilən mövsümdə faydalı olan limonun müalicəvi xüsusiyyətləri

E-saglam.az xəbər verir ki, limonun tərkibindəki antioksidantlar hüceyrələrin yenilənməsini sürətləndirir və qocalma prosesini ləngidir. Həmçinin, limon həzm sisteminə müsbət təsir göstərir, mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır, həzmi sürətləndirir və toksinlərin bədəndən çıxarılmasına kömək edir.

Limon təkcə sağlamlıq üçün deyil, həm də kosmetik baxımda əvəzolunmazdır. Limon turşusu dərini ağardır, piqmentasiyanı azaldır, çillərlə mübarizə aparır və dərini hamarlaşdırır. Saçlara da faydalıdır – onları gücləndirir və kəpəyin qarşısını alır. Limonun xoş ətri sakitləşdirici təsir göstərir və stresi azaldır.

Qidalanmada isə limon çox yönlü istifadə olunur. Onun şirəsi, qabığı və pulpası müxtəlif yeməklərə əlavə edilir. Şirəsi marinadlar, souslar və desertlərdə istifadə olunur, qabığı isə yeməklərə xüsusi ətir və ləzzət qatır.

Lakin limonun bəzi mənfi təsirləri də var. Onun tərkibindəki turşu diş minasını zədələyə bilər, həddindən artıq istehlak edildikdə mədə qıcıqlanmasına və həzm problemlərinə səbəb ola bilər. Sitrus meyvələrinə qarşı həssaslığı olan insanlarda allergiya yarada bilər. Xüsusilə qastrit və ya mədə xorası olan şəxslərin limon istehlakına diqqət etməsi tövsiyə edilir. Gündə 2-3 dilimdən artıq yemək məsləhət görülmür.

Ümumiyyətlə, limon sağlamlıq üçün çox faydalı bir meyvədir, lakin onu balanslı şəkildə istifadə etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun