İranda epilyasiya və şellak dırnaq qadağan edilir
İranda epilyasiya və şellak dırnaq qadağan edilir

Bu yaxınlarda İran mediası xəbər yayıb ki, İranın Məşhəd şəhərindəki qadın gözəllik salonlarında insanların qeyri-ənənəvi paltarlar geyinməsi, habelə dırnaq qaynağı və bədənin gizli yerlərinə tatuların vurulması və epilyasiyası qadağandır.

E-saglam.az xəbər verir ki, göstəriş İranın Yaxşı İşlərə Dəvət Etmə və Pis İşlərdən Çəkindirmə Qərargahının əmri ilə və epilyasiyanın "böyük günah" hesab edilməsi səbəbilə verilib.

Buna baxmayaraq, bəzi qadın gözəllik salonlarının qadağan olunmuş xidmətləri davam etdirməsi barədə məlumatlar yayılıb. Bəzi mənbələr qadağanın Məşhədlə məhdudlaşmadığını, digər əyalət və şəhərlərdə də oxşar xəbərdarlıqların edildiyini bildiriblər./medicina.az