Qidalanma
İnfarkt və xərçəng riskini azaldan
Qidalanma
252

İnfarkt və xərçəng riskini azaldan giləmeyvə açıqlandı

Ürək tutması riskini azaldan giləmeyvə açıqlanıb.

E-saglam.az xəbər verir ki, "Health" nəşrinin mütəxəssislərinə görə, çiyələkdə bol miqdarda olan antioksidantlar ürək sağlamlığı üçün xüsusilə faydalıdır. Xüsusilə antosiyaninlər infarkt riskini azaldır, xərçəng hüceyrələrinin yaranma ehtimalını aşağı salır və mövcud xərçəng hüceyrələrinin bədənə yayılmasının qarşısını alır.

Çiyələk immunitet üçün də dəyərli mənbədir. Bir stəkan çiyələk gündəlik C vitamini normasını tam ödəyir. Bu vitamin viruslar, bakteriyalar və xərçənglə mübarizədən məsul olan ağ qan hüceyrələrinin istehsalını stimullaşdırır.

Mütəxəssislər çiyələyin düzgün saxlanmasına da diqqət çəkib. Giləmeyvəni kağız dəsmal ilə örtülmüş hava keçirməyən qabda saxlamaq və yalnız yeməkdən əvvəl yumaq tövsiyə olunur. Həddindən artıq nəm çiyələkdə kif əmələ gəlməsinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun