Oruc tutarkən qidalanmağımıza daha çox diqqət ayırmalıyıq. Bunun üçün iftar zamanı az yağlı şorbalar, züllalarla zəngin ət yeməkləri, meyvə-tərəvəzlər, ağartı məhsulları qəbul edilməlidir.
Bu sözləri E-saglam.az-a açıqlamasında həkim terapevt Sübhan Hacıyev bildirib.
Onun sözlərinə görə, normal qidalanma zamanı mədə yüklənməz, həzm prosesi normal gedər, gecə rahat yatarıq.
S.Hacıyev bildirib ki, amma iftardan fərqli olaraq imsakda ağır yeməklərlə qidalanmaq olar: "Məsələn: yumurta, süd və süd məhsulları, bal, çərəzlər və s. Çünki insan gündüz hərəkətdə olduğu üçün qəbul edilən yemək daha rahat həzm edilə bilər. Lakin, çox duzlu və şirin qidalardan qaçmaq lazımdır ki, susuzluqdan əziyyət çəkməyəsiniz".
Allah tutduğunuz orucu qəbul etsin!