Faydalı
İllərdir səhv bilirmişik: Limonun özü deyil,
Faydalı

İllərdir səhv bilirmişik: Limonun özü deyil, qoxusu təzyiqi aşağı salırmış

Uzun illər limonun qan təzyiqini saldığı düşünülürdü. Ancaq Ürək-Damar Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Ünal Aydının açıqlamalarına görə, limonun özü deyil, qoxusu stressi azaltmaqla təzyiqi aşağı sala bilər.

E-saglam.az xəbər verir ki, limonun qan təzyiqinə birbaşa təsir edən dərman kimi təsir göstərmədiyi bildirilsə də, aromaterapiya vasitəsilə beyində sakitləşdirici mexanizmləri işə saldığı və bunun da təzyiqin azalmasına kömək etdiyi müəyyən olunub.

Bundan əlavə, limon C vitamini, B qrupu vitaminləri, kalium, maqnezium və digər faydalı minerallarla zəngindir. Bu səbəbdən limon təkcə təzyiqə deyil, ümumi sağlamlığa da müsbət təsir göstərir.

Mütəxəssislər bildirir ki, təzyiq problemləri olan şəxslər həkim məsləhəti ilə müalicələrinə davam etməli və əlavə olaraq limon aromaterapiyasından dəstək ala bilərlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun