
İllərlə kəskin qoxusuna görə mətbəxdə çoxlarının diqqətindən kənarda qalan şüyüd əslində təbiətin təqdim etdiyi ən güclü şəfa qaynaqlarından biridir.

E-saglam.az xəbər verir ki, sağlam həyat üçün təbii üsullara üstünlük verənlərin süfrəsində öz yerini ala biləcək bu yaşıllıq, tərkibindəki zəngin vitamin və minerallarla orqanizmə bir çox cəhətdən fayda verir.
İmmunitetə təbii dəstək
A, C və E vitaminləri ilə yanaşı, kalsium, kalium və dəmir kimi minerallarla zəngin olan şüyüd immunitet sistemini gücləndirir. Bu sinerji orqanizmi sərbəst radikalların zərərlərindən qoruyur və xəstəliklərə qarşı təbii qalxan rolunu oynayır.
Qan təzyiqi və xolesterola qarşı təsiri
Şüyüd yüksək qan təzyiqi və pis xolesterinlə (LDL) mübarizədə də təsirlidir. Təbii maddələri sayəsində təzyiqi tarazlaşdırır, damar sağlamlığını qoruyur və ürək-damar sisteminə müsbət təsir göstərir.
Həzm sisteminin dostu
Həzm problemlərindən əziyyət çəkənlər üçün şüyüd əsl xilaskardır. Qaz, şişkinlik, mədə ağrısı və həzmsizlik kimi narahatlıqların qarşısını alır, bağırsaq fəaliyyətini tənzimləyir və mədəni sakitləşdirir.
Sümük sağlamlığını dəstəkləyir
Kalsiumla zəngin olması şüyüdü həm uşaqlarda sümük inkişafı, həm də yaşlılarda osteoporozun qarşısının alınması baxımından qiymətli edir. Skelet quruluşunun güclü qalmasına yardımçı olur.
Stress və yuxusuzluğa qarşı
Şüyüddəki efir yağları sinir sistemini sakitləşdirir. Gərginlik, yuxusuzluq, hətta depressiya hallarına qarşı təbii dəstək rolunu oynayır. Gündəlik həyatın yaratdığı zehni yorğunluğa qarşı təsirlidir.
İltihabla mübarizə aparır
İltihab əleyhinə və antibakterial təsiri ilə şüyüd həm daxili, həm də dəri səviyyəsindəki iltihablara qarşı effektivdir. Oynaq ağrıları və kiçik yaraların sağalmasında təbii müalicə kimi tətbiq olunur.
Ödem və şişkinliyi azaldır
Sidikqovucu xüsusiyyəti ilə tanınan bu bitki bədəndə yığılan artıq suyun atılmasını asanlaşdırır. Beləcə ödem və şişkinliyin qarşısını almaqda köməkçi olur.
Ağız qoxusuna qarşı təbii vasitə
Şüyüdün təbii aroması və efir yağları ağızdakı pis qoxuları neytrallaşdırır. Müntəzəm istifadəsi ağız sağlamlığını da dəstəkləyir.
İstehlak zamanı diqqət edilməli məqamlar
Bütün faydalarına baxmayaraq, şüyüdün nəzarətsiz və həddindən artıq istifadəsi sağlamlıq üçün risk yarada bilər. Xüsusilə hamilə qadınlar, xroniki xəstəlikləri olanlar və allergiyası olan şəxslər bu bitkini istehlak etməzdən öncə həkimlə məsləhətləşməlidirlər.
Tərcümə: Könül Oruc