Tibbi xəbərlər
İki yaşlı Cansunun üzərinə qaynar su tökülüb - FOTO
Tibbi xəbərlər
352

İki yaşlı Cansunun üzərinə qaynar su tökülüb - FOTO

Zaqatalada yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Belə ki, iki yaşlı Cansunun üzərinə qaynar su ilə dolu vedrə aşıb.

Atası Əli Qanzayev bildirir ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Evdə paltaryuyan maşın suyu yaxşı isitmədiyi üçün vedrə ilə suyu qızdırıb içinə tökürük. Həyat yoldaşım suyu qaynatdıqdan sonra yerə qoyub və otaqdan çıxıb. Bu zaman qızım əlini vedrəyə salıb. Əlinin yandığını hiss etdikdə dərhal vedrədən çıxarmaq istəyib, lakin bu zaman köynəyi vedrənin kənarına ilişib və yıxılıb. Qaynar su ilə dolu vedrə onun üzərinə aşıb. Qarnı, ayaqları, əlləri yanıb. Hadisə bir həftə əvvəl baş verib. 5 nömrəli Şəhər Kliniki Xəstəxanasındayıq. Özüm fəhlə işlədiyim üçün övladımı müalicə etdirməkdə çətinlik çəkirəm. İmkanı olan şəxslərdən mənə yardım göstərmələrini xahiş edirəm”.

Əlaqə nömrəsi: 050 703 81 84 (atası)

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun