Faydalı
İdrak qabiliyyətinin zəifləmə riskini
Faydalı

İdrak qabiliyyətinin zəifləmə riskini 28% azalda bilər

Zeytun yağı yaddaşı yaxşılaşdırır və idrak qabiliyyətinin zəifləmə riskini 28% azalda bilər.

E-saglam.az bildirir ki, araşdırmalar göstərir ki, gündə yarım xörək qaşığı əlavə soyuq sıxılmış zeytun yağı beyin sağlamlığı üçün faydalıdır. Neyroprotektiv xüsusiyyətləri sayəsində bu yağ yaddaşı gücləndirir və beyin funksiyalarını qoruyur.

92.383 nəfərlə 28 il davam edən tədqiqatda zeytun yağı istehlak edənlərin neyrodegenerativ pozğunluqlara daha az məruz qaldığı müəyyən edilib. Tədqiqat iştirakçıların qidalanma vərdişlərini və yağ istifadəsini izləyib.

Zeytun yağı fenolik birləşmələr sayəsində hüceyrələri oksidləşdirici zərərdən qoruyur. Xüsusilə oleuropein-aqlikon adlı birləşmə sağlamlıq üçün vacibdir.

2023-cü ildə aparılan araşdırma bu yağın idrak funksiyasına müsbət təsir etdiyini təsdiqləyib. Yeməklərə az miqdarda əlavə edilməsi beyin sağlamlığına fayda verə bilər. Ürək sağlamlığı üçün də tövsiyə edilir.

Mütəxəssislər bitki yağlarının seçimində zeytun yağını üstün tutmağı məsləhət görürlər. Ümumi mətbəx inqrediyentləri düzgün istifadədə sağlamlıq üçün əhəmiyyətlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun