Psixologiya
Hindistanda şok hadisə: Kişi yuxusunu pozduğu üçün müdirini öldürdü
Psixologiya

Hindistanda şok hadisə: Kişi yuxusunu pozduğu üçün müdirini öldürdü

Hindistanda kişi ona rahat yatmağa imkan verməyən müdirini öldürüb.

E-saglam.az xəbər verir ki, hadisə Puri şəhərində baş verib.

Prakaş Kumar Bhoumi baxıcı kimi işə düzəlib və 74 yaşlı iş adamına baxıb. Yaşlı iş adamı gecə ərzində bir neçə dəfə kişini yuxudan oyadıb, bundan sonra o, çox əsəbiləşib və yumruqlarla ona hücum edib.

Səhər qohumları təqaüdçünün evinə gələrək orada onun meyitini tapıblar. Müşahidə kameralarının görüntüləri sayəsində cinayətkar tez bir zamanda aşkarlanıb. Kişi yaşlı adamın qollarını burub, çarpayıya atıb və şiddətlə döyüb.

Hüquq-mühafizə orqanları artıq cinayətkarı həbs edib. Hindlinin sözlərinə görə, o, işəgötürəni öldürmək istəməyib, sadəcə yatmaq istəyib deyə özündən çıxıb. Yaşlı kişi isə onun yanına gəlməsi üçün tez-tez zəngə basıb.

Mənbə: The Times of India / Oxu.Az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun