Bəzi məhsullar var ki, onlar əksər insanların həyatını asanlaşdırır. Bəzən vaxt azlığı, tələsiklikdən bu məhsullardan istifadə etmək məcburiyyətində oluruq. Sizin üçün həmin məhsullar və onların zərərələrini topladıq.
Bu sözləri E-saglam.az-a açıqlamasında terapevt, kardioloq, farmakoloq Dr. Aida Mirzəyeva bildirib.
- Paket çaylar;
- Bulyon (tərkibindəki mono-sodium glutamat sinir hüceyrələrinə zərər verir, piylənmə, qaraciyər zədələnməsi, diabet, epilepsiya riski daşıyır);
- Hazır toz şəklində şorbalar (Tersiyer bütil hidrokinon olaraq tanınan qoruyucu maddə petrol mənşəli maddədir. Qan təzyiqini yüksəldir, ürəyin ritmini azaldır);
- Qranül(suda əriyən) qəhvə(süni aromalardan ibarət olur. Tərkibindəki akrilamid maddəsi sinir hüceyrələrini zədələyir).;
- Plastik stəkan, boşqab və çəngəl-qaşıq( aşağı istilik tutumu olduğu olduğu üçün yüksək istiliyə məruz qaldığı zaman ondan kanserogen olan monomer maddələr ayrılır);
- Yağlı kağızlar( tərkibindəki dioksin səbəbi ilə sağlamlıq üçün zərərlidir);
- Hazır souslar( əksəriyyətinin tərkibində olan E951, E955, E251, E251, E621 kodlu maddələr parkinson, piylənmə, yadddaş diqqət pozğunluğu və s. xəstəliklərə səbəb olur.
Yediyiniz qidaların tərkibi haqqında mütləq məlumatlı olun. Orqanizm davamlı olaraq bu maddələrə məruz qalarsa sonu heç də yaxşı olmayan nəticələrlə üzləşməli olarsınız.
Könül Oruc