Faydalı
Hər gün bir çay qaşığı yeyin:
Faydalı

Hər gün bir çay qaşığı yeyin: Beyni qidalandırır

Zəncəfil, həm ənənəvi təbabətdə, həm də müasir tibb sahəsində faydaları ilə tanınan bir bitkidir.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, hər gün bir çay qaşığı zəncəfil tozu istehlak etmək həzmi yaxşılaşdırır, immunitet sistemini gücləndirir və beyinə müsbət təsir göstərir. Zəncəfil həzmsizlik, şişkinlik və ürəkbulanma kimi problemləri aradan qaldırır, həm də bağırsaq sağlamlığını dəstəkləyir.

Antioksidant və antiinflamatuar xüsusiyyətləri sayəsində zəncəfil bədəni iltihabdan qoruyur, əzələ ağrılarını azaldır və xroniki ağrılara qarşı təsirli olur. Bundan əlavə, zəncəfil maddələr mübadiləsini sürətləndirərək piylərin yanmasını dəstəkləyir və arıqlama prosesinə kömək edir.

Zəncəfil həmçinin psixi sağlamlığa faydalıdır. O, beyni qidalandırır, yaddaşı gücləndirir, zehni yorğunluğu azaldır və nevroloji funksiyaları dəstəkləyir. Gündəlik pəhrizə zəncəfil çayı, smuzi və ya yeməklərə əlavə etməklə daxil etmək asandır və sağlamlıq üçün çox faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun