Yandex watch
Həm dərini cavanlaşdırır, həm də arıqladır –

Çiy badam yalnız ləzzətli qəlyanaltı deyil, həm də sağlamlıq baxımından olduqca dəyərli bir qida mənbəyidir. Yüksək qida dəyərinə malik olan bu məhsul, müntəzəm istehlak edildikdə həm immuniteti gücləndirir, həm də çəkiyə nəzarətdə mühüm rol oynayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, çiy badamın tərkibində sağlam yağlar, protein, lif, E vitamini, maqnezium, kalium və kalsium kimi orqanizm üçün vacib maddələr mövcuddur. Bu zəngin tərkib onu enerji qaynağına çevirir və gün boyu bədənin ehtiyaclarını qarşılayır.

Ürək sağlamlığını dəstəkləyən doymamış yağ turşuları, xüsusilə omeqa-3, pis xolesterolu azaltmağa və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Maqnezium isə qan təzyiqini tarazlamaqda faydalıdır.

Badamın yüksək E vitamini miqdarı dərini cavanlaşdırır, sərbəst radikallardan qoruyur və dəriyə parlaqlıq verir. Bu xüsusiyyətləri ilə dəri baxımında təbii vasitə hesab olunur.

Həzm sistemi üçün də faydalı olan çiy badam, lifli quruluşu ilə bağırsaq fəaliyyətini normallaşdırır və qəbizliyin qarşısını alır. Eyni zamanda mədə üçün sakitləşdirici təsir göstərir.

Arıqlamaq istəyənlər üçün də badam əla seçimdir. Toxluq hissini uzadan protein və lif tərkibi, həmçinin maddələr mübadiləsini gücləndirən sağlam yağlar sayəsində çəkini nəzarətdə saxlamağa dəstək olur.

Beyin funksiyalarını gücləndirən E vitamini və faydalı yağlar, yaddaş və konsentrasiya üzərində müsbət təsir göstərir. Badamın davamlı istifadəsi nevroloji xəstəliklər riskini azalda bilər.

Aşağı glisemik indeksə sahib olması sayəsində qan şəkərini sürətlə yüksəltmir. Bu isə xüsusilə diabet xəstələri üçün badamı faydalı edir.

İmmunitet sistemini gücləndirən sink və antioksidantlar orqanizmin virus və bakteriyalara qarşı müdafiəsini artırır. Nəticədə, çiy badam həm bədənin müqavimətini artırır, həm də ümumi sağlamlığa töhfə verir.

Tərcümə: Könül Oruc

E-saglam.az