Xəstəliklər
Həkimlər qəhvənin beyin üçün gizli təhlükələri barədə xəbərdarlıq ediblər
Xəstəliklər
193

Həkimlər qəhvənin beyin üçün gizli təhlükələri barədə xəbərdarlıq ediblər

Qəhvə spirtli və şəkərli içkilərlə birlikdə beynin zədələnməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə “Eat This, Not That!” nəşri amerikalı dietoloqlara istinadən yazıb.

Mütəxəssislər bildiriblər ki, qəhvənin normadan artıq istifadəsi orqanizm üçün ziyanlıdır. Belə ki, gündə altı fincandan çox qəhvə içmək beyinin koqnitiv geriləmə ilə xarakterizə olunan kiçilməsinə səbəb ola bilər. Həkimlər həmçinin çay və şokoladdan normadan artıq istifadə etməməyi də məsləhət görüblər.

Bundan əlavə, məqalədə deyilir ki, spirt kimi şəkərli içkilər də beyin hüceyrələrini öldürə bilər./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun