Yandex watch
Həkimlər bunun dəyərini MİLYON dollarlarla ölçürlər -

Qozun orqanizmə faydası barədə xalq təbabətində bir çox əfsanələr və söyləntilər var.

Emlakbazari.az

E-saglam.az bildirir ki, qozun kaloriliyi və müalicəvi xüsusiyyətləri onun qeyri-adi meyvə olmasındadır.

Qoz həm Şərq təbabətində, həm də Qafqaz ərazisində orqanizm üçün ən faydalı qidalardan sayılır. Qoz beyin fəaliyyətini stimulyasiya edir. Qoz ləpəsinin insan beyninə bənzəməsi barədə danışılan əfsanələrdə bu barədə çoxlu qeydlər var. Qoz barədə yazılan əfsanələrdə onun insan beyninə və zəkasına təsiri olduğu yazılır. Buna səbəb isə onu tərkibində olan Omeqa3 yağının çox olmasıdır. Bu isə beyin hüceyrələrinin formalaşmasında mühüm rol oynayır. Qoz çox kalorilidir. Onun 100 qramında 654 kalori var. Qoz mədə-bağırsaq fəaliyyətinin də yaxşılaşmasına səbəb olur.

Qozun tərkibində olan maddələr ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Qoz yemək qanın laxtalanmasını azaldır, tromb əmələ gətirmək riskini aradan qaldırır.

Şərq təbabətində yaşıl qozdan hazırlanmış dəmləmədən stenokardiya, aritmiya və infarkt xəstəliklərinin müalicəsində istifadə edilir. Qoz maddələr mübadiləsinin də yaxşılaşmasında böyük rol oynayır.

Qozun kosmetologiyada da istifadəsi öz keyfiyyətli bəhrəsini verir. Yaşıl qozun tərkibində olan yod qalxanabənzər vəzi xəstəlikləri zamanı çox faydalıdır.

Qozla balın qarışımından hazırlanmış qida vasitəsinin dəyərini isə həkimlər milyon dollarlarla ölçürlər. Çünki bu qarışım bütün xəstəliklərin dərmanıdır./Lent.az