Qidalanma
Həkim yuxunu yaxşılaşdıran qidaları
Qidalanma

Həkim yuxunu yaxşılaşdıran qidaları açıqlayıb

Bəzi məhsullarda sinir sistemini sakitləşdirən, melatonin istehsalını təşviq edən və yuxunu yaxşılaşdıran maddələr var.

E-saglam.az xəbər verir ki, fizioloq Alexander Sozıkin onları "İzvestiya"ya verdiyi şərhdə sadalayıb.

“Bu məhsullar arasında albalı və ya albalı suyu, süd məhsulları (süd, kefir, qatıq) var, onları yatmazdan iki saat əvvəl istehlak etmək lazımdır. Süd məhsullarının tərkibində ürək əzələsinin işləməsi və sinir impulslarının keçirilməsi üçün lazım olan kalsium da var”, - deyə həkim qeyd edib.

O əlavə edib ki, pomidor, balqabaq və dəniz balığı yemək də yuxunun keyfiyyətinə müsbət təsir edir.

Sozıkin yuxunun keyfiyyətinə pəhrizin təsir etdiyini vurğulayıb. Həkimin sözlərinə görə, axşam yeməyini yatmazdan iki-üç saat əvvəl yemək daha yaxşıdır.

Eyni zamanda aclıq hissi ilə yatmaq məsləhət deyil. Karbohidrat aclığı ilə qarşılaşdıqda, neyronlar təcili olaraq "yanacaq" ehtiyacları barədə siqnallar göndərirlər və neyroendokrin hüceyrələr melatoninin sintezini dayandıraraq cavab verirlər.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun