“Gecə sidik qaçırması 7 yaşına kimi normal qəbul edilir. Bir uşaqda gündüz də sidik qaçırma varsa, bunu mütləq araşdırmaq lazımdır”.
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
O bildirib ki, gecələr uşaqların nəcis qaçırması isə ciddi problemdir: “Nevroloji qüsur da ola bilər və aidiyyəti üzrə yoxlatdırmaq lazımdır. Qəbzlik müalicəsi aparılmalıdır”.