Tibbi xəbərlər
Həkim sağlamlıq problemlərinin
Tibbi xəbərlər
156

Həkim sağlamlıq problemlərinin vacib bir əlamətini açıqladı

Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin ciddi sağlamlıq problemlərinin əlaməti ola biləcəyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisə görə, fiziki gərginlik olmadan nəbzin tezləşməsi ilk növbədə hipertoniya, ürək çatışmazlığı və müxtəlif ritm pozğunluqlarını göstərə bilər. Bunlara supraventrikulyar taxikardiya, qulaqcıqların fibrillyasiyası və mədəciklərin fibrillyasiyası daxildir - bu vəziyyətlərin hamısı kardioloq tərəfindən mütləq müayinə tələb edir.

Veçtomov ürək döyüntüsünün artmasının hormonal disbalansla da bağlı ola biləcəyini vurğulayır - xüsusilə tiroid və böyrəküstü vəzi xəstəlikləri bu simptomu yarada bilər. Anemiya da mümkün səbəblər sırasındadır. Hemoqlobin və qırmızı qan hüceyrələrinin səviyyəsi aşağı düşdükdə orqanlara oksigen çatdırılması pozulur və ürək bunu döyüntü tezliyini artırmaqla kompensasiya etməyə çalışır.

Bunlardan əlavə, susuzlaşma, elektrolit çatışmazlığı, yoluxucu xəstəliklər və ağır stress də ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilər.

Kardioloq xəbərdarlıq edir ki, istirahət zamanı ürək döyüntüsü dəqiqədə 100 döyüntünü keçərsə, dərhal həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun