Həkim və bloger Erik Berq mixək suyunun faydalarından danışıb.
E-saglam.az xəbər verir ki, o, sağlamlığı yaxşılaşdırmaq üçün bu içkini yatmazdan 30 dəqiqə əvvəl içməyi məsləhət görür.
Mixək suyu qan şəkərinin səviyyəsini aşağı salmağa, qaraciyəri təmizləməyə və oynaq ağrılarını azaltmağa kömək edir. Yuxu, diş sağlamlığı, ürək sağlamlığı və immunitet üçün də faydalıdır. Mixək antibakterial, antifungal və antiviral xüsusiyyətlərə malikdir.
Mütəxəssis deyir ki, mixək ekstraktı zərərli tioasetamid maddəsinin səbəb olduğu qaraciyər zədəsini müalicə etməyə kömək edə bilər. Mixəkdəki eugenol birləşməsi orqan sağlamlığı üçün xüsusilə faydalı ola bilər.
Mixək suyunu hazırlamaq üçün bir stəkan suda dörd və ya beş qurudulmuş çiçək qönçələrinin üzərinə qaynar su tökün, sonra örtün və dəmləyin. İçki yatmazdan əvvəl soyudulmuş şəkildə içilir.
Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.
Tərcümə: Könül Oruc