Xəstəliklər
Həkim: “Özlərini qəsdən Omicrona yoluxduranlar təklükəli addım atır”
Xəstəliklər
255

Həkim: “Özlərini qəsdən Omicrona yoluxduranlar təklükəli addım atır”

“Koronavirusun omicron ştamına yoluxma COVID-19-un bütün sonrakı variantlarından qorunmanı təmin edəcəyi ilə bağlı təsəvvürlər yanlışdır”.

E-saglam.az-ın məlumatına görə, bunu Avstraliyanın Melburn şəhərindən olan cərrah-otolarinqoloq Erik Levi “tvitter”də yazıb.

Mütəxəssis bildirib ki, hətta bəzi insanlar qəsdən özlərini omicrona yoluxdurmağa çalışırlar: 

“Axı siz bilmirsiniz ki, immunitet sisteminiz zərbə almağa hazır olacaq ya yox. Çoxlarına bu xəstəlik son dərəcə çətinliklər yaradır”. 

Həkimin fikrincə, belə təhlükəli addım onları gələcək yoluxmalardan xilas etməyəcək.

Erik Levi əlavə edib ki, xəstə olduqdan sonra bir insan maksimum dörd həftə toxunulmazlıq alır. 

O, həmçinin xatırladıb ki, peyvənd koronavirusa qarşı ən etibarlı müdafiə olaraq qalır. /Lent.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun