Xəstəliklər
Həkim gecə susuzluğu ilə əlaqəli xəstəliklər barədə
Xəstəliklər

Həkim gecə susuzluğu ilə əlaqəli xəstəliklər barədə xəbərdarlıq edib - siqnaldır

Gecə susuzluğu hər zaman təhlükəli bir halı göstərməyə bilər, lakin bəzi hallarda ciddi xəstəliklərin ilk əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Terapiya kafedrasının dosenti İrina Volgina Lenta.ruya açıqlamasında bildirib.

Onun sözlərinə görə, gecə saatlarında yaranan güclü susuzluq şəkərli diabetin ilkin əlaməti ola bilər. Bu xəstəliyin digər erkən simptomlarına isə bədənin müxtəlif hissələrində qaşınma və ya qarışqa gəzmə hissi daxildir. Həkim əlavə edib ki, susuzluğun artması böyrəklərlə bağlı problemlərin də göstəricisi ola bilər.

Volgina vurğulayıb ki, sidikqovucu preparatların qəbulu və ya böyrəklərin zədələnməsi nəticəsində orqanizm toksinlərdən tam təmizlənə bilmir, bu da orqanizmdə maye ehtiyacını artırır. Ürək-damar sistemi xəstəlikləri ilə müşayiət olunan ödemlər, alkoqol intoksikasiyası və hər hansı toksiki və ya iltihabi proseslər də bu səbəblər sırasında yer alır.

Dosent qeyd edib ki, sadalanan hallarda yalnız gecə deyil, gündüzlər də bədənin suya tələbatı artır. Lakin insanlar gecə oyanıb susuzluq hiss etdikdə bu əlamətə daha çox diqqət yetirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun