“Hazırda ölkədəki epidemioloji vəziyyət müsbət qiymətləndirilir”.
E-saglam.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, yoluxma sayı azalır:
“Sağalan insanların sayı yeni yoluxanların sayını üstələyib. Bu göstəricilər müsbət dinamikadan xəbər verir”.
O qeyd edib ki, statistik rəqəmlərə görə, yoluxmaların sayı əsasən Bakı şəhəri üzrədir.