Tibbi xəbərlər
Hazır uşaq qidalarının tərkibində GMO var? - AÇIQLAMA
Tibbi xəbərlər
764

Hazır uşaq qidalarının tərkibində GMO var? - AÇIQLAMA

Bəzən isə qidalanmada ana südü ilə yanaşı hazır uşaq qidaları istifadə olunur. Satışda müxtəlif növ və qiymətə uşaq qidaları satılır.

Bu barədə E-saglam.az-a danışan qida eksperti Fərid Səfərov deyir ki, körpə heç olmasa bir yaşına kimi ana südü içməlidir, ancaq bəzən müəyyən səbəblərdən analar əlavə uşaq qidalarından istifadə etməyə məcbur olurlar.

Bəs bu qidalar zərərlidirmi?

F.Səfərov bildirib ki, hansı uşaq qidasının yaxşı olduğunu demək çətindir: "Əslində satışda olan bütün qidaların qutularında eyni tərkib yazılır. Hazır uşaq qidalarının tərkibində soya var ki, bu da GMO hesab olunur. Bu isə orqanizm üçün təhlükəlidir. Əgər süni qidalardan istifadə etmək məcburiyyəti varsa, mütləq hazırlanma qaydasına əməl etmək tövsiyyə olunur".

Ekspertin sözlərinə görə, təəssüf ki, süni qidalar son zamanlarda "dəb" halını alıb və bu çox ciddi problemdir: "Məcburiyyət olmadıqca, ananın və körpənin sağlamlığında hər hansı bir problem yaranmadıqca analara dünyaya gələn körpəyə ana südü vermələri məsləhət görülür".

Könül Oruc

qida eksperti fərid səfərov

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun