Psixologiya
Havanın çirkli olması insanların əhval-ruhiyyəsinə təsir edir
Psixologiya

Havanın çirkli olması insanların əhval-ruhiyyəsinə təsir edir

Stenford Universitetinin amerikalı alimləri havanın çirklənməsinin insanların əhval-ruhiyyəsi arasında əlaqə aşkar ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqat “PLOS One” elmi jurnalında dərc olunub.

Komanda atmosferin çirklənməsinə affektiv həssaslıq fenomenini - yəni havadakı çirkləndirici konsentrasiyaların insanın emosiyalarının dəyişə bilmə dərəcəsini öyrənib.

Müəlliflər statistik modelləri bir ildən çox müddət ərzində ABŞ-da 150 nəfərdən toplanmış təkrar ölçmə məlumatlarına tətbiq ediblər. Tədqiqatçılar oyanma, fizioloji aktivləşmə səviyyəsi və əhvalının valentliyi (müsbət və ya mənfi) kimi insanın affektiv vəziyyətinin komponentlərinə baxıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, hava çirkliliyinin normadan çox olduğu günlərdə affektiv oyanma normadan aşağı olur. Ən əsası, fərdlər arasında affektiv həssaslıq fenomeni məsələsində ciddi fərqlər olub.

Məlum ki, havanın çirklənməsi insanda narahatlıq və depressiya kimi mənfi psixi sağlamlıq təsirlərinin uzunmüddətli qalma riskini artırır.(Report)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun