Sağlamlıq
Havadakı toz da qan təzyiqini
Sağlamlıq
115

Havadakı toz da qan təzyiqini yüksəldə bilər

Yüksək qan təzyiqi, əksər hallarda simptom vermədən inkişaf edən və ürək, beyin, böyrək kimi həyati orqanlara zərər verən səssiz bir təhlükədir.

E-saglam.azxəbər verir ki, 17 May – Dünya Hipertoniya Günü münasibətilə açıqlama verən Memorial Antalya Xəstəxanasının kardioloqu Dr. Mustafa Hakan Şahin bu xəstəliyin risk faktorlarına diqqət çəkib.

Dr. Şahinin sözlərinə görə, hipertoniya yalnız genetik meyllə deyil, ətraf mühit və həyat tərzi ilə də bağlıdır. O bildirir ki, havada incə toz hissəciklərinin hər 10 mikroqramlıq artımı təzyiq riskini 15 faiz yüksəldir. Ağır metalların və səs-küy çirkliliyinin də qan təzyiqinə mənfi təsiri var.

Bundan əlavə, qeyri-sağlam qidalanma, duzun həddindən artıq qəbulu, piylənmə, siqaret, alkoqol, stress, oturaq həyat və yuxu pozğunluğu kimi amillər də risk yaradır. Genetik faktorlar xəstəliyin yaranmasına 30-50% təsir edə bilər.

 

Dr. Şahin bildirir ki, tək ölçüm əsasında diaqnoz qoymaq düzgün deyil – ortalama göstəricilər nəzərə alınmalıdır. Müntəzəm təzyiq nəzarəti, sağlam həyat tərzi və ətraf mühitin qorunması bu xəstəliyin qarşısını almağın əsas yollarıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun