Faydalı
Yatmaq üçün ən uyğun temperatur hansıdır?
Faydalı
56

Yatmaq üçün ən uyğun temperatur hansıdır? AÇIQLANDI

Dincəlmək və orqanizmin tam bərpası üçün yuxu şəraiti böyük rol oynayır.

E-saglam.az xəbər verir ki, Tibb elmləri doktoru Sergey Xomyakov bildirib ki, yuxuya getməzdən əvvəl və yuxu zamanı bədənin temperaturu bir qədər aşağı düşür. Bu, beynə istirahət vaxtının çatdığını göstərən əsas siqnallardan biridir. Əgər otaqda temperatur çox yüksəkdirsə, bədənin soyuması çətinləşir, nəticədə yuxuya getmək ləngiyir və dərin yuxu mərhələsinə keçmək çətin olur.

Bildirilib ki, ən optimal temperatur: 20–21 °C olmalıdır. Bundan əlavə, otaq qaranlıq və sakit olmalıdır:  Melatoninin – “yuxu hormonunun” – ifrazı üçün vacibdir. Əgər tam qaranlıq yaratmaq mümkün deyilsə, yuxu maskasından istifadə tövsiyə olunur.Sakitlik isə tam istirahət və sinir sisteminin rahatlaması üçün vacibdir.
 

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun