Tibbi xəbərlər
Harmancı: “Ölkələrə tövsiyə edirik ki, ÜST-ün təcili istifadə siyahısına daxil etdiyi vaksinləri tanısın”
Tibbi xəbərlər
292

Harmancı: “Ölkələrə tövsiyə edirik ki, ÜST-ün təcili istifadə siyahısına daxil etdiyi vaksinləri tanısın”

“ÜST vaksinlərin tanınması ilə bağlı ölkələrə tövsiyələr verir”.

E-saglam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST nümayəndəsi bildirib ki, bununla belə, qərarı ölkələr özü verir: “Hər ölkə hansı vaksini qəbul edib-etməyəcəyinə özü qərar verir. Bu, hər zaman belədir, təkcə pandemiyaya aid məsələ deyil. Amma ÜST olaraq biz bütün ölkələrə tövsiyə edirik ki, təcili istifadə siyahısına daxil etdiyimiz vaksinləri tanısınlar, qəbul etsinlər. Bütün ölkələri bizim siyahımızda olan vaksinləri eyni şəkildə qəbul etməyə dəvət edirik. Bunu məcburi şəkildə ölkələrdən istəyə bilmirik. Çünki ÜST BMT-nin içində bir qurumdur. Bizim qərarlarımız bütün ölkələr üçün tövsiyə xarakterindədir”.

O, hazırda dünya ölkələri arasında beynəlxalq pandemiya razılaşması əldə etməklə bağlı danışıqlar olduğunu da diqqətə çatdırıb.

ÜST nümayəndəsi bildirib ki, bu müzakirələr ölkələrin öz arasında aparılır: “Belə razılaşma əldə olunarsa, vaksinlərin tanınması ilə bağlı ölkələr öz aralarında razılaşmaya gedə bilər. Biz ölkələrə sadəcə, tövsiyə xarakterli müraciətlər ünvanlayırıq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun