“3 yaşdan aşağı uşaqlarda çox vacib olmadıqca badamcıq əməliyyatı edilməməlidir”. Həkimlər bu məsələdə istisnaları da mümkün sayır.
E-saglam.az tibbi mənbələrə əsaslanaraq məlumat verir ki, bəzi təcili vəziyyətlərdə boğaz əti əməliyyatında yaş həddi nəzərə alınmaya da bilər. Uşaqlarda nəfəs almağa maneçilik törədən böyük badamcıqlar və ya badamcıq qanaması kimi vəziyyətlərdə badamcıq əməliyyatının yaş həddi yoxdur. Burun əti əməliyyatında da hər hansı yaş həddi yoxdur. Lazım olduğu zaman əməliyyat edilə bilər.
“Boğaz ətim xəstədir, kəsdirməsəm nə kimi problemlər olar?”
Bu sual boğaz əti olan əksər insanları düşündürür.
Qeyd edək ki, xəstə boğaz əti infeksiya mənbəyidir. Xəstə boğaz əti tez-tez irinləyib boğaz ağrısına, yüksək bədən temperaturuna səbəb olur. Xəstə boğaz əti oynaqlarda ağrı yaradaraq (xüsusən də diz oynaqlarında) oynaq xəstəliklərinə təkan verə bilər, boğaz əti içərisində irinli tıxaclar yaranaraq ağızda pis iyə və pis dada səbəb ola bilər, ürək və ürək qapaqlarında dəyişikliyə səbəb ola bilər, böyrəklərdə qlomerulonefrit adanan xəstəliyin yaranmasına səbəb ola bilər.
Həkimlər bu tip problemlər olan insanlara əməliyyatdan qorxmamağı və bir dəfəlik xilas olmaq üçün əməliyyat olunmağı məsləhət görür.
Qeyd edək ki, hazırda boğaz əti əməliyyatları kəsiksiz və qansız da həyata keçirilir. “Tonsillectomy” adlanan boğaz ətinin xaric edilməsi əməliyyatı əvvəlki zamanlarda olduğu kimi qorxulu deyil. Əvvələr lokal anestezi (yerli keyləşdirmə üsulu) ilə əllər bağlanırdı və xəstənin gözü görə-görə əziyyət verilərək əməliyyat edilirdisə, indi müasir üsul ilə xəstə tamamən yatırılır və heç bir ağrı hiss etmir. Əməliyyatda bir çox metodlar olmasına baxmayaraq kəsik və qan olmayan Thermal Welding üsuluna üstünlük verilir. Bununla da xəstənin normal yaşamına qayıtması tezləşir, əməliyyatdan sonra qanama riski minumuma enir.
Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatından qaçırlar və düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq və bu orqanlar övladı üçün vacibdir. Lakin həkimlər xəstə boğaz əti və böyümüş burun ətinin uşaqlara yalnız zərər verdiyini, həmin orqanların isə qoruyucu funksyasını itirdiyini bildirir./tibb.fed.az/