Yeni araşdırma şizofreniya ilə bağlı gözlənilməz bir göstəricini üzə çıxarıb.
E-saglam.az xəbər verir ki, psixiatr Vladimir Skavışın sözlərinə görə, şizofreniya xəstələri sağlam insanlarla müqayisədə nitqlərində “mən” əvəzliyindən daha çox istifadə edirlər.
Mütəxəssis bildirib ki, bunun əsas səbəbi xəstələrin öz düşüncə və hisslərinə həddindən artıq fokuslanmasıdır. Onlar diqqəti daha çox daxilə yönəltdikləri üçün nitqlərində “mən” mərkəzə keçir.
Skavış əlavə edib ki, şizofreniya zamanı nitqdə başqa dəyişikliklər də müşahidə olunur: qrammatik səhvlər, uyğun olmayan söz seçimi, kontekstə uyğunluq problemləri və funksional sözlərin anormal istifadəsi. Buna baxmayaraq, “mən” əvəzliyinin həddindən artıq işlədilməsi ən stabil və ölçülə bilən əlamət kimi seçilir.
Həkim vurğulayıb ki, bu kəşf diaqnoz prosesində mühüm rol oynaya bilər. O, şizofreniyanı depressiyadan ayırmağa və risk qrupunda olan gənclərdə xəstəliyi erkən mərhələdə müəyyən etməyə imkan verəcək.
Tərcümə: Könül Oruc