Tibbi xəbərlər
Şaxtalı havada papaqsız gəzmək xəstələndirir? -
Tibbi xəbərlər
150

Şaxtalı havada papaqsız gəzmək xəstələndirir? - Həkim açıqladı

Şaxtalı havada papaqsız gəzmək təkcə narahatlıq yaratmır, həm də xəstələnmə riskini artırır.

E-saglam.az xəbər verir ki, allerqoloq–immunoloq Vladimir Bolibok bildirib ki, soyuqdəymənin səbəbi viruslardır, amma başın soyuması orqanizmi bu viruslar qarşısında daha müdafiəsiz edir.

Mütəxəssis izah edir ki, baş qəfil soyuduqda burun və boğazın selikli qişalarında damar spazmı yaranır. Bu, yerli immuniteti zəiflədir və virusların bədənə daxil olmasını asanlaşdırır. Nəticədə insan daha tez xəstələnə bilər.

Bolibokun sözlərinə görə, havanın temperaturu -5 və -10 dərəcə arasındadırsa, papaq taxmaq güclü şəkildə tövsiyə olunur. Temperatur -10 dərəcədən aşağı düşdükdə isə papaq artıq zəruridir, çünki cəmi bir neçə dəqiqədə qulaqlarda donma riski yaranır.

Həkim vurğulayır ki, qış aylarında başı isti saxlamaq tənəffüs yollarını qorumaq və xəstəlik riskini azaltmaq üçün ən sadə, amma ən təsirli addımlardan biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun