Psixologiya
Hansı xüsusiyyətlərimiz münasibətimizin bitməsinə səbəb olur? -
Psixologiya

Hansı xüsusiyyətlərimiz münasibətimizin bitməsinə səbəb olur? - Britaniyalı psixoterapevt izah edir

Britaniyalı psixoterapevt Syuzi Masterson hər hansı bir münasibətin pozulmasına gətirib çıxaran dörd xüsusiyyət barədə danışıb.

Bu barədə E-saglam.az Lenta.ru-ya istinadən xəbər verir.

Psixoterapevtin fikrincə, münasibətlərin əsas düşməni daim tənqid etmək istəyidir. Onun sözlərinə görə, partnyorlar özlərində olan ən çox qorxduqları şeyləri tez-tez tənqid edirlər. Bu, məsələn, qeyri-adi cinsi istəklər ola bilər.

Həmçinin münasibətlərə nifrət hissi də xələl gətirə bilər.

"Nifrət - çox vaxt utancdan müdafiədir. İstər siyasət, istər din, istər mədəniyyət və ya ailə olsun, münasibətlərdə qütbləşən baxış bucaqları olduqda, bu, bir tərəfin digərinə nifrət etməsinə səbəb ola bilər", - deyə o qeyd edib.

Bundan əlavə, müdafiə mövqeyi tutmaq istəyi münasibətləri məhv edə bilər. Çox vaxt uşaqlıqda sağlam münasibətlər görməyən insan bu mövqeni tutur.

"Belə adam deyir ki, mən o qədər hamını təmin etməklə məşğulam ki, hazırda münasibətlərimizə diqqət yetirməyə vaxtım və enerjim yoxdur", - deyə Syuzi Masterson əlavə edib.

"Bu, doğru ola bilər, lakin belə bir mövqe insanı partnyoru üçün əlçatmaz edir ki, bu da münasibətin bitməsinə doğru aparır", - mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, münasibətlərə xələl gətirə bilən dördüncü xüsusiyyət olduqca emosional hallarda digər insanla öz arasında "divar hörmək" istəyidir ki, bu da münasibəti təhlükə altına alır.(Oxu.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun