Xəstəliklər
Hansı xəstəlikləri gözə baxmaqla müəyyən etmək olar?
Xəstəliklər
332

Hansı xəstəlikləri gözə baxmaqla müəyyən etmək olar?

Şəkərli diabet, eləcə də bir sıra digər xəstəlikləri gözlərə baxmaqla müəyyən etmək olur.

E-saglam.az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Dmitri Dementyev bildirib.

Mütəxəssis qeyd edib ki, gözlərə baxmaqla xolesterinin yüksək səviyyəsini də təsbit etmək mümkündür.

“Belə xəstələrin göz qapaqlarında xolesterolun yağlı yataqlarını görə bilərsiniz. Başqa bir əlamət isə göz ətrafında mavi rəngli bir qövsdür. Bir qayda olaraq, bu yaşlı insanlarda baş verir və xolesterolun artması ilə əlaqələndirilir”, - deyə həkim izah edib.

Bundan əlavə, gözlər vasitəsilə qaraciyər problemlərini aşkar etmək olar. Belə ki, xəstəlik zamanı gözün buynuz qişasının saralması baş verir./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun