Siz fərqinə varmasanız da, hər yeməyin həzm müddəti fərqlidir. Məsələn, mədənizi lazımsız qidalarla doldurmağa çalışsanız, kifayət qədər qida dəyəri almadığınız üçün bir saat sonra yenidən aclıq hiss edə bilərsiniz. Bu, gecə yatmazdan əvvəl yemək vərdişlərimizin böyük bir hissəsidir.
E-saglam.az xəbər verir ki, araşdırmalar hansı qidanın həzm olunmasının nə qədər vaxt tələb etdiyini izah edir.
QİDALARIN HƏZM MÜDDƏTİ
- Su - Mədədə həzm olunmur, dərhal bağırsaqlara düşür.
- Meyvə şirəsi və ya tərəvəz suyu - Həzm müddəti 15 - 20 dəqiqə çəkir
- Çiy tərəvəzlər - Həzm müddəti 30 - 40 dəqiqə
- Bişmiş tərəvəzlər - Həzm müddəti 40 dəqiqə
- Balıq - Həzm müddəti 45 - 60 dəqiqə
- Salat - Həzm müddəti 1 saat
- Nişastalı tərəvəzlər - Həzm müddəti 1,5 - 2 saat
- Taxıllar - Həzm müddəti 2 saat
- Süd məhsulları - Həzm müddəti 2 saat
- Ağ ət - Həzm müddəti 1,5 - 2 saat
- Qırmızı ət - Həzm müddəti 3,5 - 4 saat çəkir.
Qidaların həzm olunmasının nə qədər müddətə həzm olunması açıqlansa da, həzminizin nizamlı işləməsini istəyirsinizsə, mütəmadi olaraq su içməlisiniz. Su istehlakı ilə həzm sisteminiz arasında əlaqə olduğu sübut olunub.
Könül Oruc