D vitamini ilə zəngin olan qidaların siyahısı
E-saglam.az tərkibində D vitamini çox olan qidaları təqdim edir.
Balıq
Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızı böyük səviyyədə almış olursunuz.
Göbələk
Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır.
Yumurta
B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır.
Süd və süd məhsulları
Pendirlər və tam yağlı süd kalsium baxımından zəngindir.
Kartof
Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.