Gələn il hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 50,0 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.
E-saglam.az-ın məlumatına görə, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.
Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 9,9 mln. manat və ya 24,7%, 2020-ci ilin icra göstəricisindən isə 14,2 mln. manat və ya 39,7% çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.
Mənbə: APA