Qidalanma
Hamiləlik şansını aşağı salan
Qidalanma
269

Hamiləlik şansını aşağı salan məhsullar

Hamiləlik şansını aşağı salan məhsullar

Rasionda çoxlu qırmızı ət embrion inkişafına pis təsir edə və hamiləlik şansını azalda bilər.

E-saglam.az xəbər verir ki, bu barədə "Gazeta.ru"ya reproduktoloq Yuliya Koloda məlumat verib.

"Yüksək qlisemik yük, yəni böyük miqdarda karbohidratların istehlakı köməkçi reproduktiv texnologiya proqramları zamanı yumurtalıqların stimullaşdırılmasına zəif reaksiyası ilə müşayiət oluna bilər. Həmçinin alkoloq, kofein, rəfinə edilmiş şəkər, un məmulatları, qlüten və şəkər əvəzləyicilər də hamiləlik şansını azaldır", - Koloda bildirib.

O, həmçinin soya yeməklərində diqqətli olmağı tövsiyə edib ki, bu da mayalanma şansını azalda bilər. Ancaq taxıllar, süd və tərəvəzlər hamiləlik ehtimalını artıran məhsullar sırasına daxildir.

Hamiləlik şansını artıran məhsullar

Meyvələr və tərəvəzlər

Sperma və yumurta keyfiyyətini yaxşılaşdıran antioksidanlar, vitamin, lif və glutatyonla zəngindir. Qulançar və kələm xüsusilə faydalıdır.

Kompleks karbohidratlar

İnsulin sıçrayışlarının qarşısını almaq üçün ağ undan hazırlanmış məhsulları yerinə tam taxıl, qəhvəyi düyü və kuinoa yeyin.

Bitki zülalları

Heyvan ətində çoxlu sağlam olmayan yağlar var. Buna görə də zülal mənbəyi kimi bitkiləri seçmək daha yaxşıdır.

Balıq

Protein mənbəyi kimi də xidmət edə bilər. Tərkibində bədən üçün faydalı olan çoxlu omeqa-3, yağlı poli, doymamış turşular da var. /Publika.az 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun