Qidalanma
Günün ilk qəhvəsini nə zaman içmək lazımdır?
Qidalanma

Günün ilk qəhvəsini nə zaman içmək lazımdır? - İdeal vaxt

İngilis yuxu mütəxəssisi Reks İsap xəbərdarlıq edib ki, günün ilk fincanı oyandıqdan dərhal sonra içilməməlidir.

E-saglam.az xəbər verir ki, o, "Mirror" ilə söhbətində bu içki üçün ideal vaxtın adını çəkib.

İsapın sözlərinə görə, oyandıqdan sonra ən azı bir saat gözləmək lazımdır: “Oyandığınız zaman kortizol səviyyəsi ən yüksək həddə çatır. Stresslə əlaqəli olan kortizol, narahatlığı artırır və bu müddət ərzində kofein istehlakı kortizolla arzuolunmaz qarşılıqlı təsirlərə və hətta kofeinə həssaslığa səbəb ola bilər”.

İsap aydınlaşdırıb ki, kofein tolerantlığı qəhvə içməyinizə baxmayaraq baş verən gündüz yuxululuğu ilə ifadə edilir: “Gün ərzində beyniniz adenozin adlı kimyəvi maddə istehsal edir. Əsasən, yuxuya kömək edir. Siz oyaq olduğunuz müddətdə yığılır və yuxulu hiss etməyinizə kömək edir. Lakin kofein ayıqlığı və oyanışı dəstəkləyən adenozin reseptorlarını bloklayır. Əgər gün ərzində qəhvə içdikdən sonra yatmaqda çətinlik çəkmisinizsə, bunun səbəbi ola bilər”.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun