Tibbi xəbərlər
Günəş vurması zamanı ilk tibbi yardım necə göstərilir? -
Tibbi xəbərlər
14

Günəş vurması zamanı ilk tibbi yardım necə göstərilir? - həkim izah etdi

Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ bilər. Allerqoloq və immunoloq Əzizbək Botirov bu təhlükəli vəziyyəti necə tanımaq və düzgün ilk yardım göstərmək lazım olduğunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisə görə, həddindən artıq istiləşmə riski 28°C-dən yuxarı temperaturda, xüsusilə də yüksək rütubətlə birlikdə əhəmiyyətli dərəcədə artır. Risk qrupuna papaqsız insanlar, tünd sintetik geyim geyinənlər, uşaqlar və yaşlılar daxildir. Ən təhlükəli saat intervalı 11:00-16:00 arasıdır.

İlk simptomlar zəiflik, baş ağrısı və ürəkbulanmadır. Botirov xəbərdarlıq edir ki, bu əlamətlərə məhəl qoymamaq vəziyyəti daha da ağırlaşdırır.

Günəş vurmasının ilk əlamətlərində aşağıdakı tədbirlər görülməlidir: zərərçəkəni dərhal kölgəyə və ya sərin yerə aparmaq, ayaqlarını qaldıraraq uzandırmaq, darıxdırıcı və lazımsız paltarları çıxarmaq, alına, boyuna, qoltuqaltılara və qasıq nahiyəsinə sərin - buz deyil - kompreslər tətbiq etmək, şəxs şüurludursa kiçik qurtumlarla soyuq su vermək və təmiz hava axını təmin etmək.

Bədən istiliyi 39°C-dən yuxarı qalxarsa, çaşqınlıq və ya huş itkisi baş verərsə, qıcolmalar 30 dəqiqə ərzində keçməzsə, dəri isti və quru olarsa, tərləmə pozularsa, qusma yaranarsa və ya zərərçəkən uşaq, hamilə qadın və ya yaşlı şəxsdirsə, dərhal təcili yardım çağırılmalıdır.

Həkim xüsusilə vurğulayır ki, müalicə olunmayan istilik vurması çoxsaylı orqan çatışmazlığına səbəb ola bilər. Şübhə yarandıqda mütləq həkimə müraciət etmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun