"Yeni araşdırmalar göstərir ki, günəşdən qoruyucu kremlərlə xlorlu hovuzlarda üzmək sağlamlığınızı riskə atır".
Bu sözləri E-saglam.az-a açıqlamasında mütəxəssis-dermatoonkoloq Günel Əsədova deyib.
Onun sözlərinə görə, xlorlu hovuzlar günəş kreminizi xərçəng yarada biləcək toksinə çevirir.
Həkim bildirib ki, xlor nəinki günəş kreminin qoruyucu xüsusiyyətlərini azaldır, hətta onunla kimyəvi reaksiyaya girərək 2 yeni təhlükəli maddə yaradır: asetil benzol və fenol:
"Demək olar ki, əksər günəş kremlərinin tərkibində olan avebenzol xlor ilə rekasiyaya girərək, bu maddələrin yaranmasına səbəb olur. Bu zəhərli kimyəvi maddələr isə öz növbəsində insanlarda bir sıra xəstəliklərə gətirib çıxarır: Sinir sistemi, qaraciyər və böyrəklərlə bağlı problemlər, sonsuzluq, immunitet sisteminin zəifləməsi və hətta xərçəng".
G.Əsədova deyib ki, məhz bu səbəbdən günəş kremi seçərkən mineral tərkibli olanı seçmək lazımdır.
Könül Oruc