
Səhər 1 stəkan limonlu su içmək bədəninizə çox fayda təmin edir.

E-saglam.az xəbər verir ki, limonlu su, C vitamini ilə zəngin olması sayəsində immuniteti gücləndirir, həzmi sürətləndirir və günə enerjili başlamağa kömək edir. Həmçinin, mədədəki turşu maddələrini tarazlaşdıraraq həzm prosesini tənzimləyir.
Limonun təbii detoks təsiri, bədəndən toksinlərin atılmasına və qaraciyərin təmizlənməsinə də kömək edir. Dərinin parlaq və canlı görünməsini təmin edərkən, kalium sayəsində beyin funksiyalarını və əhvalınızı yaxşılaşdırır.
Bir stəkan limonlu su ilə günə başlamaq həm fiziki, həm də zehni sağlamlığınızı dəstəkləyir.
Tərcümə: Könül Oruc