Qidalanma
Gündə neçə narıngi yemək olar? - Həkim RƏYİ
Qidalanma

Gündə neçə narıngi yemək olar? - Həkim RƏYİ

Gündə 4-5 narıngidən artıq yemək olmaz.

E-saglam.az bildirir ki, bu barədə rusiyalı dietoloq və qidalanma mütəxəssisi Nadejda Tsapkina xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu meyvələrin gündəlik qəbulu 40 qramdan çox olmamalıdır.

“Narınginin həddindən artıq istehlakı qaraciyərdə problem yarada bilər. Bundan başqa, mümkün allergik reaksiyanı da unutmamalıyıq. Qastritli insanlar da diqqətli olmalıdırlar, çünki naringilər bağırsaqların və mədənin selikli qişasını qıcıqlandıra bilər”, - deyə həkim vurğulayıb.

Tsapkina eyni zamanda qeyd edib ki, narıngilər kalsium, maqnezium, kalium, “D”, “K” və “B” vitaminlərinin mənbəyidir. Onun sözlərinə görə, bu meyvələrin tərkibindəki lif mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmağa kömək edir, “C” vitamini isə immun sistemini gücləndirir (bu da koronavirus pandemiyası dövründə xüsusilə vacibdir).

“Bu sitrus meyvəsi fitonsidlər və efir yağları ilə kompleks şəkildə viruslarla mübarizə aparmağa kömək edir. Tərkibində bioflavonoidlərin və antioksidant beta-karotinin olması isə xərçəngin əmələ gəlməsinin qarşısını alır”, - deyə həkim sözlərini yekunlaşdırıb./oxu az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun