
Vətəni Yaponiya olan və ölkəmizdə “muşmula” kimi tanınan bu meyvə çoxları tərəfindən sevilməsə də, sağlamlıq üçün əsl xəzinə sayılır.

E-saglam.az xəbər verir ki, C vitamini, kalsium, dəmir və antioksidantlarla zəngin olan muşmula böyrəkləri təmizləyir, qaraciyəri qoruyur, immuniteti gücləndirir, depressiyaya qarşı təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, gündə 7 ədəd muşmula yemək orqanizmi toksinlərdən təmizləyir və xüsusilə böyrək funksiyalarını dəstəkləyir. Bağırsaq fəaliyyətini artıraraq arıqlamağa da kömək edir. Ancaq meyvə tam yetişmədən istehlak edilməməlidir.
Muşmula çayı da faydalıdır. Bir litr suda qaynadılmış şüyüdlə hazırlanan çay, gündə üç dəfə içildikdə bədəni rahatlaşdırır və detoks effekti yaradır. Bu meyvəni gündəlik qidalanma siyahınıza daxil etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyə olunur.
Tərcümə: Könül Oruc