Kolbasa məmulatlarının istehsalı zamanı onlar müxtəlif istiliklə emal proseslərindən keçir və nitrit əlavə edilməzsə, kolbasa boz rəngdə alınır.
E-saglam.az bildirir ki, bu sözləri "Kaspi"yə müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Mühəndislik və tətbiqi elmlər” kafedrasının Qida mühəndisliyi bölməsinin dosenti, texnika elmləri namizədi Natəvan Qədimova deyib.
Onun sözlərinə görə, nitritin əlavə edilməsi ilə hazır məhsul çəhrayı rəng alır: "Düzdür, nitrit zəhərli maddədir, orqanizmə mənfi təsiri də var, bilavasitə xərçəng xəstəliyinə səbəb olur. Ancaq nitritin miqdarı standartlarla məhdudlaşdırılır. Ona görə də, miqdarı önəmlidir".
N.Qədimova bildirib ki, kolbasa məmulatlarında 100 kiloqram qiymədə 5-7 qrama qədər natrium nitrit istifadə edilə bilər: "Tərkibindəki nitritlə xərçəngə yoluxmaq üçün təxminən gündə 100 kiloqrama qədər kolbasa yeyilməlidir. Bu cəhətdən nitrit o dərəcədə zəhərli deyil. İstehsalçılar normal rəngin alınması üçün, hətta 3 qram nitrit istifadə edirlər"
Müəllif: Aygün Asimqızı