Faydalı
Gün boyu enerjili və məhsuldar olmaq istəyirsiniz? -
Faydalı
579

Gün boyu enerjili və məhsuldar olmaq istəyirsiniz? - Sirri bundadır

Sağlam səhər rejimi gün boyu məhsuldarlıq və enerji ilə təmin edir.

E-saglam.az bildirir ki, aşağıdakı tövsiyələrə əməl edərək gün boyu məhsuldar və enerjili ola bilrəsiniz. 

Yaxşı yuxu: Gündə 7-8 saat yatın, stressdən azad olmaq üçün isti vanna qəbul edin və ya kitab oxuyun.

Erkən oyanın: Gününüzü stresssiz planlaşdırmaq üçün adi vaxtınızdan 30 dəqiqə əvvəl qalxın.

Su için: Yuxudan sonra vücudu oyatmaq üçün səhər tezdən su için.

Məşq edin: Sadə uzanma hərəkətləri və ya qısa gəzinti qan dövranını yaxşılaşdırır.

Səhər yeməyi: Yulaf əzməsi və ya smuzi kimi qidalı seçimlər edin.

Zehni hazırlıq: Özünə qulluq üçün vaxt ayıraraq sakit və balanslı bir başlanğıc yaradın.

Sadə və davamlı səhər rejimi gün ərzində həm məhsuldarlığınızı, həm də xoşbəxtliyinizi artıracaq.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun