Soğan sağlamlıq üçün çox faydalı olan tərəvəzlərdən biridir.
E-saglam.az xəbər verir ki, o, göz sağlamlığını qoruyur, həzmi yaxşılaşdırır, ürəyi gücləndirir, dərinin parlaqlığını artırır və xərçəng riskini azaldır. Gündəlik rasiona əlavə edildikdə bir çox sağlamlıq faydası təmin edir.
1. Göz sağlamlığını qoruyur
Soğan A vitamini, lutein və zeaksantinlə zəngindir. Bu maddələr gözləri iltihabdan qoruyur və görmənin zəifləməsinin qarşısını alır.
2. Xərçəng riskini azaldır
Tərkibindəki kükürd, flavonoidlər və allil sulfid xərçəng hüceyrələrinin yayılmasının qarşısını almağa kömək edir. Müntəzəm istehlak orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirir.
3. Həzm sistemini yaxşılaşdırır
Liflə zəngin olan soğan həzmi sürətləndirir, bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik problemlərini aradan qaldırır. Həzm sistemi üçün təbii detoks təsiri yaradır.
4. Ürək sağlamlığını qoruyur
Soğan qan təzyiqini tənzimləyir, yaxşı HDL xolesterol səviyyəsini artırır və infarkt riskini azaldır. Ürək əzələlərinin daha yaxşı işləməsinə kömək edir.
5. Dərini parlaq saxlayır
Tərkibində olan C vitamini kollagen istehsalını artıraraq dərinin elastikliyini qoruyur, qırışların yaranmasının qarşısını alır. Dərinin daha parlaq və sağlam görünməsinə kömək edir.
6. Sümükləri gücləndirir
Soğandakı K və C vitaminləri sümüklərin sağlam qalmasına və sıxlığının qorunmasına kömək edir. Kollagen istehsalını dəstəkləyərək sümüklərin möhkəmliyini artırır.
Soğanı salatlara, yeməklərə əlavə edərək və çiy halda istehlak edərək bu faydalardan yararlana bilərsiniz. Sağlam qidalanma üçün rasionunuza soğan daxil etməyi unutmayın!
Tərcümə: Könül Oruc