Faydalı
Göbələk, ekzema və kallusları yox edən vasitə -
Faydalı

Göbələk, ekzema və kallusları yox edən vasitə - ayaqları pambıq kimi yumşaldır

Ayaqlarda yaranan göbələk, ekzema və kalluslar həm narahatlıq yaradır, həm də həyat keyfiyyətini aşağı salır.

E-saglam.az xəbər verir ki, bu problemlərin qarşısını almaq və müalicə etmək üçün təbii üsullardan istifadə edə bilərsiniz.

Kallus: Səbəbləri və müalicəsi

Kallus, ayaqlarda daimi təzyiq və sürtünmə nəticəsində yaranan qalınlaşmış dəridir. Səbəbləri arasında dar ayaqqabılar, uzun müddət ayaq üstə qalmaq və düzgün olmayan yeriş var.

Müalicə üsulları:

Ayaqları mütəmadi nəmləndirmək

Pomza daşı ilə yumşaq şəkildə sürtmək

Rahat ayaqqabılar seçmək və ayaqlara istirahət vermək

Təbii vasitələr:

Alma sirkəsi: Gecə ərzində kallus üzərinə çəkmək

Kastor yağı: Dərini yumşaltmaq üçün istifadə etmək

Aspirin: Toz halına gətirərək məcun kimi tətbiq etmək

Ekzema: Səbəbləri və müalicəsi

Ekzema dərinin quruması, allergenlər və genetik faktorlar nəticəsində yaranır. Qaşınma və qızartılar əsas simptomlardır.

Müalicə üsulları:

Dərini daim nəmləndirmək

Kimyəvi maddələrdən uzaq durmaq

Qaşıntıdan çəkinmək

Təbii vasitələr:

Aloe vera: Dərini sakitləşdirir

Kokos yağı: Nəmləndirir və qoruyur

Zeytun yağı: Qaşıntını azaldır

Göbələk: Səbəbləri və müalicəsi

Ayaq göbələyi, nəm və havasız mühitdə sürətlə inkişaf edir. Hovuz, hamam və idman zallarında ayaqyalın gəzmək, dar və tərli ayaqqabılar infeksiyaya səbəb ola bilər.

Müalicə üsulları:

Ayaqları daim təmiz və quru saxlamaq

Nəfəs alan ayaqqabılar geyinmək

Pambıq corablardan istifadə etmək

Təbii vasitələr:

Alma sirkəsi: Ayaqları sirkəli suda islatmaq

Çay ağacı yağı: Göbələk əleyhinə təsir göstərir

Sarımsaq: Göbələkli bölgəyə sürtmək

Təbii qarışıq resepti

Bu qarışıq ayaqlarda göbələk, ekzema və kallusların qarşısını alır, dərini sakitləşdirir və nəmləndirir.

İnqrediyentlər:

2 x.q. kokos yağı

1 x.q. alma sirkəsi

3 damcı çay ağacı yağı

1 ç.q. kastor yağı

2 kapsul E vitamini (istəyə bağlı)

1 ç.q. aloe vera geli

Hazırlanma və tətbiq:

Bütün inqrediyentləri qarışdırın və şüşə qabda saxlayın.

Ayaqlarınızı ilıq su və alma sirkəsi ilə isladın, sonra qarışığı masaj edərək çəkin.

Gecə problemli bölgələrə tətbiq edib corabla yatın, səhər isti su ilə yuyun.

Bu üsulları tətbiq edərək ayaqlarınızı sağlam, yumşaq və hamar saxlaya bilərsiniz!

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun