Faydalı
Gicitkən dalaması doğrudanmı faydalıdır? -
Faydalı

Gicitkən dalaması doğrudanmı faydalıdır? - Həkim açıqladı

E-saglam.az xəbər verir ki, dermatoveneroloq və kosmetoloq Daria Ponomareva bununla bağlı fikirlərini bölüşüb.

Gicitkən sancmasının təbiəti nədir?

Gicitkənin yarpaq və tumurcuqları trixom adlanan incə tüklərlə örtülüdür. Bitkiyə toxunduqda bu tüklər qopur və içərisindəki maddələr — histamin, xolin və qarışqa turşusu — dəriyə yayılır. Nəticədə qaşınma, səpkilər və yanma hissi yaranır. Bu, bitkinin özünü müdafiə mexanizmidir və tibbi baxımdan “faydalı təsir” hesab edilmir.

Gicitkənin faydası necə olur?

Ponomarevanın sözlərinə görə, gicitkənin faydalı təsiri əsasən daxili və ya xarici istifadəsi ilə bağlıdır. Bitki qaynadılıb içildikdə sidikqovucu təsir göstərir, revmatizm əlamətlərinin yüngülləşməsinə kömək edir, K vitamini sayəsində qanaxmanı dayandırmağa və regenerasiya proseslərini gücləndirməyə dəstək ola bilər. Gicitkənin tərkibindəki bioaktiv maddələr həm də hematopoezi stimullaşdırır və iltihab əleyhinə təsir göstərir.

Saç baxımında da gicitkən həlimindən istifadə olunur — saçları parlaqlaşdırır, baş dərisindəki qaşınma və qızartını azaldır. Lakin sarışın və boyalı saçlı insanlar üçün bu yaşıl rəng verə bilər.

Gicitkən yanmasının zərərləri nələrdir?

Gicitkən təması adətən müvəqqəti səpgilər və qaşınma ilə nəticələnir. Lakin allergiyası olan insanlarda və uşaqlarda bu vəziyyət daha ağır keçə bilər. Dəri və selikli qişalarda şişkinlik, temperatur artımı, nəfəs darlığı və ürək döyüntülərinin sürətlənməsi halları müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.

Yanıqdan sonra nə etmək lazımdır?

  • Dəri soyuq su ilə yuyulmalı, gicitkən hissəcikləri təmizlənməlidir.

  • Üç yaşdan kiçik uşaqlara və allergiyası olan şəxslərə antihistaminik preparatlar verilə bilər.

  • Dərini ovmaq və qızdırmaq olmaz — bu, təsiri daha da artırar.

  • Əlləri yaxşıca sabunla yuyub gözlərə toxunmamaq tövsiyə olunur.

  • Aloe kimi soyuducu, sakitləşdirici gellər tətbiq oluna bilər.

  • Ağır allergik reaksiyalar zamanı isə tibbi yardıma müraciət vacibdir.

Gicitkən yanması tibbi cəhətdən faydalı hesab olunmur. Bitkinin sağlamlığa təsiri yalnız düzgün istifadəsi zamanı mümkündür. Hər hansı təbii vasitədən istifadə etməzdən əvvəl isə mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun