Xəstəliklər
Gecələr üstünü açaraq yatmaq uşaqları xəstələndirir? – Pediatrdan AÇIQLAMA
Xəstəliklər
277

Gecələr üstünü açaraq yatmaq uşaqları xəstələndirir? – Pediatrdan AÇIQLAMA

Gecələr üstünü açaraq yatmaq uşaqları xəstələndirir?

“Övladım gecə yatanda üstü açıq yatır, buna görə də tez-tez xəstələnir” - deyə, düşünürsünüzsə yanılırsınız.

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.

Onun sözlərinə görə, uşaqların hamısı yerində fırlanaraq, üstünü açaraq yatırlar. Bu onlar üçün çox rahat və normaldır.

Həkim-pediatr bildirib ki, hətta gecə budilnik qurub oyanıb uşağının üstünü örtən valideynlər var: “Buna gərək yoxdur. Normal otaq şəraitində, optimal temperatur və nəmlilikdə üstü açıq yatmaqla heç bir uşaq xəstələnməz. Uşaqlar yalnız və yalnız infeksiya ilə təmas edərkən xəstələnirlər. Əsas olaraq uşağı xəstəliklə təmasdan qoruyun.

G.Rəsulova vurğulayıb ki, 18-22 dərəcə ən sağlam temperatur mühitidir: “Nəmliyə də xüsusi fikir vermək uşağın xəstələnmək sayını əhəmiyyətli dərəcədə azaltmağa kömək edir”.

Könül Oruc

günayr

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun