Yandex watch
Fransız həkimi yumurta ilə bağlı mifə son qoydu:

Yumurta uzun illər yüksək xolesterolla əlaqələndirilərək mənfi reputasiya qazanmışdı. Lakin fransız dietoloqu Dr. Jean-Michel Cohen bu yanaşmanın artıq keçərli olmadığını bildirir və yumurtanın qandakı xolesterin səviyyəsinə təsir etmədiyini vurğulayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Cohen qeyd edir ki, bədəndəki xolesterinin əsas hissəsi — təxminən 75 faizi — qaraciyər tərəfindən istehsal olunur. Yalnız 25 faizi qidalarla qəbul edilir. Bu səbəbdən o, xolesterin səviyyəsinin əsas tənzimləyicisinin qidalar deyil, orqanizmin özü olduğunu deyir.

“Məhdud təsiri var. Gündə üç-dörd yumurta yesəniz belə, xolesterininizə ciddi təsir etməz”, — deyə o, yumurta ilə bağlı köhnə fikirlərin artıq aktuallığını itirdiyini bildirir.

Cohen yumurtanın yüksək keyfiyyətli zülal, omeqa-3, A və B12 vitaminləri ilə zəngin olduğunu xatırladaraq, onu həm faydalı, həm də qənaətcil bir qida kimi təqdim edir. Onun fikrincə, belə bir qidanı boş yerə qidalanma siyahısından çıxarmaq böyük səhv olar.

Tərcümə: Könül Oruc

E-saglam.az